64 konqresmen Azərbaycanı hərbi yardımdan məhrum edən , Ermənistan və Artsaxa 150 milyon dollar yardımçün qanun layihəsinə qoşulub

Aprelin 28-də ABŞ Konqresinin Nümayəndələr Palatasının 64 üzvü təxsisatlar komitəsinin sədrinə məktub yazaraq, Azərbaycanda humanitar və təhlükəsizlik böhranının həlli üçün ABŞ-ın Azərbaycana hərbi yardımının dayandırılmasını, Ermənistan və Artsaxa isə 150 milyon dollar ayırmaq tələbini edib ki, sonuncularAzərbaycan və Türkiyə tərəfindən yaranmış böhrana üstün gəlməyə qadir olsun.
Amerika Hay Datın Mərkəzi idarəsindən verilən məlumata görə, , bu iki istiqamət Amerika Hay Dat Komitəsindən verilən məlumata görə əsas siyasi prioritetlərindəndir və onların həyata keçirilməsi üçün vaxtaşırı ictimaiyyətin də cəlb edilməsi ilə işlər aparılır.
Bu haqda sözügedən təşəbbüsdə çoxlu sayda konqresmenin iştirakını şərh edən Amerika Hay Dat Komitəsinin icraçı direktoru Aram Hamparyan qeyd edib.
Biz 64 konqresmenlərlə yanaşı dayanmışıq.Onlar 2023-cü ildə fiksal il üçün Artsaxa və Ermənistana kifayət qədər təsiredici yardım etsinlər.Eyni zamanda Azərbaycan tərəfindən davam edən hücumlara əks təsir göstərilsin və 100 000 ermənilərin həyat keyfiyyəti dəyişilsin.
Önümüzdəki aylarda ABŞ vergi ödəyicilərinin pullarının Türkiyənin və Azərbaycanın soyqırım siyasətin dəstəkləmək üçün istifadə edilməməsi üçün Nümayəndələr Palatasının, Senatın üzvləri ilə işləməyə davam edəcəyik”.
İkitərəfli məktubda Konqresin erməni qrupunun həmsədri Frank Pallone başda olmaqla qanunvericilər Artsax xalqının 2020-ci ildə olduğu kimi ağır çətinliklərlə üzləşməkdə davam etdiyini bildiriblər.
Azərbaycan tərəfinin təcavüz, eləcə də günahsız mülki əhaliyə qarşı davam edən təxribatlar, Artsaxa 50 milyon dollarlıq yardım “erməni qaçqınlarına yardım, yaşayış yeri, ərzaq təhlükəsizliyi, səhiyyə, reabilitasiya və minalardan təmizlənməsinə kömək edəcək ki, bu da öz icmalarını, həyatlarını bərpa etmək üçün lazımdır”.
Qanunvericilər Ermənistana 100 milyon dollarlıq yardım təklifinin əsaslılığını onunla izah ediblər ki, bu, ABŞ-Ermənistan strateji tərəfdaşlığının möhkəmlənməsinə, ABŞ-ın mövcudluğunun gücləndirilməsinə, Ermənistanda və regionda təsirinin artmasına kömək edəcək.
Məktubda deputatlar erməni hərbi əsirlərin azad olunduğunu elan etdikləri üçün ABŞ-ın Azərbaycana xarici yardım göstərməsini qadağan edən “907 saylı qətnamə”nin icrasını tam bərpa etməyə çağırıblar.
Amerika Hay Dat Komitəsi F.Palon ilə sıx əməkdaşlıq edir. Pallon Konqresin erməni komitəsinin rəhbərliyi ilə bu ermənipərəst layihənin həyata keçirilməsini təmin etmək istiqamətində çalışır.
Bununla bağlı Hay Dat Komitəsi erməni-amerikan icmasını səfərbər edib, komitənin xüsusi elektron platforması vasitəsilə konqresmenlərə 50 mindən çox məktub göndərib.







