YUNESKO-nun qiymətləndirmə missiyası Dağlıq Qarabağa səfər etməlidir: XİN

Ermənistan Azərbaycanın Azərbaycanın nəzarətinə keçən Hadrutdakı Müqəddəs Harutyun kilsəsinin vandalizm və təhqir aktlarını pisləyib. Bunu Ermənsitanən Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirdi.
“Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərdə erməni dini, tarixi və mədəniyyət abidələrinin məhv edilməsinə yönəlmiş Azərbaycan hakimiyyətinin planlaşdırılan addımalrı Azərbaycan etnik və dini dözümsüzlüyünün növbəti təzahürüdür və Artsaxı ermənilərsiz və erməni izsiz qoymaq siyasətinin davam etdirilməsidir.
Artsaxda erməni kilsələrinə və digər mədəniyyət və dini abidələrə qarşı vəhşiliklər beynəlxalq hüquq normalarını, o cümlədən BMT Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il tarixli qətnaməsini kobud şəkildə pozur.
Bu hadisə Erməni tərəfinin mövqeyini bir daha təsdiqləyir ki, UNESCO-nun qiymətləndirmə missiyası təcili olaraq Dağlıq Qarabağa səfər etməlidir”,- deyə XİN mətbuat katibi bildirdi.







