BaşlıcaSiyasət

Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb – Tərəflər əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

Mayın 2-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Görüş zamanı Blinken və Mirzoyan əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

ER xarici işlər naziri Ararat Mirzoyan Twitter mikrobloqunda görüş barədə yazıb: “ABŞ Dövlət katibi Entoni Blinkenlə çox məhsuldar görüş keçirdim. Birləşmiş Ştatlarla güclü tərəfdaşlığı bir daha təsdiq etmək üçün Vaşinqtona gəldiğim üçün şadam.

Son üç onillikdə Ermənistan və ABŞ demokratiya, insan hüquqlarına hörmət və qanunun aliliyi kimi ümumi dəyərlərə əsaslanaraq səmərəli əməkdaşlıq ediblər”.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinkenin mülki nüvə sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalayacağını açıqlamışdı.

Daha çox göstər
Back to top button