BaşlıcaSiyasət

Fransada Rusiyaya qarşı sanksiyalardan sonra yeni dünya düzənindən danışdılar

Qərbin sanksiyaları Rusiyanın beynəlxalq sistemdən çıxmasına, son onilliklərdə əldə edilmiş beynəlxalq razılaşmanın iflasa uğramasına səbəb olub. Bu haqda  “Le Figaro” yazır.

“Azad Rusiya öz düşərgəsini yaradacaq, bu düşərgə Çin və bir çox başqa ölkələrin daxil ola biləcəyinə görə Qərbdən daha güclü olacaqdır” – deyərək məqalədə  qeyd olunur  və sonrasa  əlavə olunur ki, Ukraynadakı münaqişə bitdikdən sonra  dünya nizamının dəyişməsi məsələsi irəli gələcək.

 Müəllif  fikrini yekunlaşdıraraq  qeyd edib ki, Qərb daha effektiv qloballaşma arzusunda olduğu halda, Moskva və Pekin dövlət üstünlüyünə əsaslanan alternativ beynəlxalq münasibətlər modelini müzakirə ediblər.

Rusiyanın Ukraynanın delimitasiya və demarkasiyası üçün xüsusi əməliyyata başlamasından sonra Qərb sanksiyalar vasitəsilə Moskvaya təzyiqlərini artırıb. Məhdudlaşdırıcı tədbirlər ilk növbədə bank sisteminə və yüksək texnologiyalı məhsullara aiddir.

Bir çox brendlər Rusiya bazarından çəkildiklərini və ölkədə istehsalı dayandırdıqlarını bəyan ediblər. “RİA Novosti”yə istinadən alınan xəbərdə Kreml yeni sanksiyaları iqtisadi müharibə kimi qiymətləndirib,  bununla belə belə bir inkişafa hazır olduqlarını vurğulayıb.

Daha çox göstər
Back to top button