
Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken mülki nüvə sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalayacaqlar.
Bu haqda ABŞ Dövlət Departamentinin saytından məlumatlandırılıb.
Mayın 2-6-da ER Xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Amerika strateji dialoq sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olub.
Ararat Mirzoyan Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, USAİD-in direktoru Samanta Pauer, ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Slot və digər həmkarları ilə də görüşəcəkdir.
ABŞ Konqresinin yüksək vəzifəli üzvləri ilə həmçinin görüşlər keçiriləcək.
Səfər çərçivəsində ER XİN rəhbəri Atlantic Council analitik mərkəzində çıxış edəcək.







