BaşlıcaSiyasət

“Regionumuzda sülh və sabitliyin əldə olunmasında ABŞ-ın roluna əhəmiyyət veririk”: Ararat Mirzoyan

Ermənistan regionda sülh və sabitliyin bərqərar olunmasında ABŞ-la tərəfdaşlığı yüksək qiymətləndirir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüş zamanı bildirib.

“Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün oynadığı mühüm rolu vurğulamaq istərdim”,-deyə Mirzoyan əlavə edib:

“Mən həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində ABŞ-ın dəstəyini və Erməni soyqırımını pisləyərək bu il də mövqeyini təsdiqləməsini qeyd edirəm”.

Daha çox göstər
Back to top button