ArtsaxBaşlıca

Stepanakertdə 12 yüksək mərtəbəli binanın tikintisi sürətlə davam etdirilir – VİDEO

44 günlük müharibədən sonra Artsaxda genişmiqyaslı tikini işləri sürətlə davam etdirilir. “Tigran Mets” küçəsinin yeni yaşayış məhəlləsi Stepanakertdə həyata keçirilən ən böyük layihələrdən biridir. Burada 12 yüksək mərtəbəli bina tikilir.

“Media Stepanakert” bildirir ki, layihə “Hayastan” Ümumerməni Fondu tərəfindən maliyyələşdirilir. 9 və 12 mərtəbəli binalarda müasir standartlara uyğun şərait yaradılacaq.

Tikintinin keyfiyyəti Artsaxın Şəhərsalma Nazirliyi və “Hayastan” Ümumerməni Fondu tərəfindən mütəmadi olaraq yoxlanılır.

Bütün binaların zirzəmisi olacaq․ Լazım gəldikdə də onlar sığınacaq kimi istifadə oluna bilər və bütün lazımi şəraitlə təmin olunacaq․

Birinci mərhələdə 2023-cü ildə 218 mənzil istifadəyə veriləcək. Ərazi abadlaşdırılacaq, uşaq meydançaları, dayanacaqlar tikiləcək, yollar asfaltlanacaq․

Daha çox göstər
Back to top button