BaşlıcaSiyasət

Rusiya Ermənistanda daxili siyasi vəziyyətin sabitləşməsində maraqlıdır: Peskov

Ermənistanda gedən siyasi proseslər ölkənin daxili işidir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva Ermənistanda bu çətin dövrün tezliklə başa çatmasında və sabitliyin bərqərar olmasında maraqlıdır.

“Ermənistandakı sabitlik bizə tədricən Dağlıq Qarabağ üzrə üçtərəfli razılaşmaların həyata keçirilməsinə doğru irəliləməyə, həm də ikitərəfli münasibətlərimizin inkişafına imkan verəcək” – deyə Kremlin mətbuat katibi yekunlaşdırıb.

Ermənistanda müxalifət aprelin ortalarından baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.

Daha çox göstər
Back to top button