BaşlıcaSiyasət

Ermənistanın Baş naziri Niderlanda iki günlük səfər edəcək

Niderlandın Baş naziri Mark Rutte mayın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək. Bu barədə Niderlandın hökuməti məlumat yayıb.

Niderland və Ermənistanın Baş nazirləri Nidrland və Ermənistan arasında ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi və Ukraynadakı müharibə, eləcə də Ermənistanın demokratiya və insan haqları sahəsində irəliləyişinə dair məsələləri müzakirə edəcəklər.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək görüşdə Niderlandın xarici ticarət və inkişaf üzrə əməkdaşlıq naziri Lize Şraynmaxer, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, təhsil və elm naziri Vahram Dumanyan, Ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan və iqtisadiyyat naziri Vahan Kerobyan iştirak edəcəklər.

Baş nazir Paşinyan mayın 10-11-də Niderlandda olacaq. Baş nazir Rutte ilə görüşməklə yanaşı, Senatın Nümayəndələr Palatasının üzvləri, eləcə də işgüzar dairələrin üzvləri ilə danışıqlar aparacaq.

Daha çox göstər
Back to top button