
Hollandiya Krallığının Baş naziri Mark Rutte qeyd etdi ki, Hollandiya erməni əsirlərinin Azərbaycandan təhlükəsiz qayıtması üçün mübarizəni davam etdirəcək. Bunu Rute Hollandiyada ER baş naziri ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.
“2020-ci ilin fəlakətli müharibəsi hamımıza aydınlaşdırdı ki, yekun sülh çox vacibdir. Ona görə də biz çox şadıq ki, Ermənistanın baş naziri Azərbaycanla intensiv dialoq aparır”, – deyə Hollandiyabaş naziri qeyd etdi.
Baş nazir bildirib ki, uzunmüddətli sülh mümkündür və Ermənistan və Azərbaycan regionda yalnız həmin uzunmüddətli sülh şəraitində yaşaya bilərlər. O qeyd edib ki, Ukraynadakı müharibə Minsk Qrupunun üç həmsədrinə də təsir edir.
O, Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar kontekstində Avropa Şurasının prezidenti .arl Mişelin rolundan danışıb. Hollandiyanın baş naziri zorakılığa son qoymağa, gərginliyi azaltmağa və münaqişənin sülh yolu ilə həll etməyə çağırıb.
Azərbaycanda qanunsuz olaraq saxlanılan erməni əsirlərə toxunana baş nazir vurğuladı ki, Hollandiya əsirlərin vətənlərinə sağ-salamat qayıtması üçün mübarizəni davam etdirəcək.







