BaşlıcaSiyasət

Paşinyanın sözlərinə görə, Ermənistanda sistemli korrupsiyanın kökü kəsilib

Ermənistan son 4 ildə korrupsiyaya qarşı mübarizədə mühüm irəliləyiş əldə edib. “Armenpress”in məlumatına görə, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Klinqendayldakı Hollandiya Beynəlxalq Münasibətlər İnstitutunda deyib.

O qeyd edib ki, Niderland Krallığına rəsmi səfər edən ilk Ermənistan lideridir, eləcə də Ermənistanda demokratiya islahatlara toxunub.

“Bəli, mən yüksək səslə bəyanat verməliyəm və deməliyəm ki, Ermənistanda sistemli korrupsiya kökü kəsilib. Korrupsiya hadisələri olsa da, biz onlara qarşı ardıcıl mübarizə aparırıq və bu, göz qabağındadır. 2021-ci ildə, böhrandan sonrakı il olmasına baxmayaraq, biz söz və mətbuat azadlığı sahəsində çox böyük irəliləyiş əldə etdik. Ən son dərc olunmuş indekslərə görə, Ermənistan dünyada 51-ci yerdədir. O, təxminən on Avropa ölkəsindən daha yaxşı vəziyyətdədir. Mən bunu demokratik islahatları həyata keçirməkdə nə qədər qətiyyətli olduğumuzu göstərmək üçün deyirəm” – deyə Nikol Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button