Başlıcaİctimaiyyət

Qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşı həbs edilib

Aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Şıxıyev Bəxtiyar Səttərxan oğlu həbs olunub. O, qanunsuz silahlı birləşmələrdə iştirakda, Suriyanın Rifil-Muhandis yaşayış məntəqəsində yaraqlıların düşərgələrində təlim keçməkdə şübhəli bilinir. Həmçinin  Şıxiyevin “Cundul Şam” qanunsuz silahlı dəstədə iştirakına əsaslı şübhələr var. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

“DTX-də başlanılan cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”- deyə məlumatda bildirilib.

Daha çox göstər
Back to top button