
Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan Tigranaşenlə bağlı bir sıra tarixi faktları təqdim edib.
O, Facebook səhifəsində yazıb: “Kəndin anklav statusu yox idi, tarixi erməni kəndidir, əvvəldən nəinki birinci Ermənistan Respublikası, həm də Sovet Ermənistanının tərkibində olub.
Kəndin adı Karke idi (Kərki azərbaycan dilindədir).
Tigaranaşenin yaxınlığında Naxicevanın dərinliklərində olan ərazidə daha bir erməni kəndi var, tarixi erməni Genut kəndi var. O, Sovet Ermənistanının tərkibində olmuş, adı isə Gehen – Cəhənnəm ağacının şərəfinədir.
İllər ərzində kənd türk Cəfərli nəslinin məskunlaşması ilə əlaqədar olaraq iki hissəyə bölünmüşdür və adı Cəfərli-Günnüt olmuşdur.
Məsələn, 1926-cı ilin SSRİ xəritəsində kənd Ermənistanın bir hissəsidir.
Əgər yaşayış məntəqəsinin bir hissəsində hansısa millətin nümayəndələri yaşayırsa, bu, avtomatik olaraq ərazinin həmin milləti təmsil edən dövlətə məxsus olmasını nəzərdə tutmur.
Eyni şəkildə Tavuşun tarixi erməni kəndləri, məsələn, həm 1918-1920-ci illərdə, həm də sovet dövründə İcevan vilayətinin Barana rayonuna aid olan Voskepar”.







