BaşlıcaSiyasət

Nikol Paşinyan RF Baş nazirinin müavini Aleksey Overçuku qəbul etdi

ER Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonu qəbul edib. İclasda ER Baş nazirinin müavini Mher Qriqoryan da iştirak edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Biz regional, avtomobil və dəmir yolu kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində artıq görülən işləri yüksək qiymətləndiririk. Bu mövzunun bizim üçün nə qədər vacib olduğunu bilirsiniz, çünki biz konkret həll yolları tapanda bu, regiondakı vəziyyəti dəyişəcək. Biz konkret müsbət nəticədə maraqlıyıq.

Moskvaya rəsmi səfərim zamanı bu, Rusiya prezidenti Vladimir Putinlə müzakirə olunan əsas mövzulardan biri idi. Mən çox şadam ki, bununla bağlı biz ümumi yanaşmalarımızı, ümumi mövqelərimizi müəyyənləşdirmişik”- deyə ER baş naziri qeyd edib.

Onun sözlərincə, prosesin texniki tərəfi var və konkret və effektiv həll yolları tapması üçün bütün hüquqi məsələləri, prosedur məsələləri həll edilməlidir.

Aleksey Overçuk üçtərəfli işçi qrupun işlərinə toxunaraq vurğulayıb:

“Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının yaradılması ilə bağlı qiymətləndirmələrinizi tam şəkildə bölüşürük. Həqiqətən də, bu baş verdikdə, o, regionun bütün nəqliyyat konfiqurasiyasını tamamilə dəyişəcək”.

Ermənistan və Rusiya arasında ikitərəfli əməkdaşlığın gündəliyi, eləcə də Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

Tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərinə, Ermənistan baş nazirinin, Rusiya prezidentinin və Azərbaycan prezidentinin 11 yanvar tarixli bəyanatı çərçivəsində görülən işlərin gələcək gedişatına toxunublar.

Daha çox göstər
Back to top button