
Rusiya prezidenti Vladimir Putinin bu ilin oktyabr-dekabr ayları ərzində Ermənistana dövlət səfəri gözlənilir. Hazırda şərtlərin təfərrüatları və tarixi dəqiqləşdirilir.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Düşənbədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
“Bizim görüşün gündəliyində Rusiya Prezidenti Vladimir Putinin Ermənistana dövlət səfərinin təşkili məsələləri durur. Bu səfərin ilin ikinci yarısında – oktyabr-dekabr aylarında baş verəcəyi gözlənilir. Əlbəttə, tarixi hələ razılaşdıracağıq”, – Ararat Mirzoyan bildirib.







