
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qol gücü və əlillər arasında qol gücü üzrə Avropa çempionatında Ermənistan təmsilçiləri əla çıxış ediblər.
Ermənistan Əlillər İdmanı Federasiyasının idmançıları 22 medal qazanıblar: 11 qızıl, 5 gümüş və 6 bürünc. Bu haqda ER Əlillər İdmanı Federasiyasının mətbuat xidməti məlumatlandırıb.
Komanda hesabında Ermənistan 2-ci yeri tutub.
29 yaşlı Aşot Adamyan qol gücü çempionatında 65 kq çəki dərəcəsində azərbaycanlı rəqibinə qalib gələrək Avropa çempionu elan edilib.
17 yaşlı Arman Mrteyan 60 kq çəki dərəcəsində finalda Türkiyə təmsilçisini məğlub edərək Qitə çempionu kimi də tanınıb.







