
Mayın 18-də Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının 4-cü iclası keçiriləcək. İclasda ikitərəfli münasibətlər və siyasi məsələlər müzakirə olunacaq.
Aİ-yə üzv ölkələr və Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Sazişinin icrası, eləcə də iqtisadi və investisiya planı üzrə fikir mübadiləsi aparacaq.
Siyasi dialoq, demokratiya, qanunun aliliyi, insan haqları, ticarət-iqtisadi əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq. Viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması perspektivləri də müzakirə olunacaq.
İştirakçılar həmçinin regional məsələləri (Rusiya/Ukrayna, Türkiyə, İran), eləcə də Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.







