
Mayın 17-21-də ER-nin Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini icra edən general-leytenant Kamo Koçuntsun rəhbərliyi ilə şərti rəqibin təcavüzünün təhdidi şəraitində mövcud qüvvə və vasitələrlə müdafiə əməliyyatının hazırlığı və keçirilməsi ilə bağlı komanda qərargahı təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən bildirilib ki, komanda qərargah hərbi təlimi çərçivəsində N saylı hərbi hissədə taktiki hərbi təlim keçiriləcək. Yüksək döyüş hazırlığı şəraitində hərbi hissənin şəxsi heyəti əvvəlcədən müəyyən edilmiş ərazilərə çıxarılacaq. Taktiki epizodlarda komanda heyətinin taktiki təlimlərə hazırlıq, keçirilməsi, planlaşdırılması və idarə olunması bacarıqları yoxlanılacaq.







