
KTMT-yə üzv ölkələrin liderləri KTMT-nin məsuliyyət zonasında sərhəd təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə bağlı birgə bəyanat yayıblar.
Alınan məlumata görə, bəyanatda bildirilir ki, KTMT öz sərhədlərinin təhlükəsizliyini, o cümlədən Əfqanıstanda və Təşkilatın üzvü olan dövlətlərin digər xarici sərhədlərində yaranmış narahatlıq doğuran vəziyyət fonunda təmin etməyə hazırdır.
“Əfqanıstanda və KTMT-yə üzv dövlətlərin digər xarici sərhədlərindəki vəziyyət narahatlıq doğurur. Bu kontekstdə biz KTMT-nin məsuliyyət zonasında sərhəd təhlükəsizliyini təmin etməyə hazır olduğumuzu bildiririk” – deyərək bəyanatda bildirilib.
Bəyanatda Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzv dövlətlərin NATO ilə praktik əməkdaşlıq qurmağa hazır olduqları bildirilib.
“Avrasiya regionunda davamlı sülhün təmin edilməsi üzrə məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayırıq və NATO ilə praktik əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiq edirik” – deyərək bəyanatda qeyd olunub.







