
Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üzbəüz üçtərəfli görüşünün keçiriləcəyini istisna etmir.
ТАСС xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Biz 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli Bəyanatların ən yüksək səviyyədə həyata keçirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir zərurət yaranarsa, üzbəüz görüşün təşkil olunmasını istisna etmirik”, – deyə o bildirib. Mayın 12-də Düşənbədə Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlar zamanı Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrini müzakirə edib”,- deyə o qeyd etdi.







