BaşlıcaSiyasət

Litva Prezidentinin Ermənistana rəsmi səfərinin gündəliyi məlumdur

Mayın 19-20-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda xanımı Diana Nausediene ilə Ermənistan Respublikasına iki günlük rəsmi səfər edəcək.

Prezident Administrasiyasından verilən məlumata görə, mayın 20-də Ermənistan Respublikası Prezidentinin iqamətgahında nəzərdə tutulan rəsmi qarşılanma mərasimindən sonra prezidentlər Vahaqn Xaçaturyan və Gitanas Nauseda arasında təkbətək söhbət olacaq, daha sonra isə iki ölkənin nümayəndə heyətləri ilə  geniş tərkibdə görüş keçiriləcək.

Ermənistanın  və Litvanın  prezidentləri mətbuata açıqlama verəcəklər.

Litva Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün Tsitsernakaberd Memorialını  və Erməni Soyqırımı Muzey-İnstitutunu ziyarət edəcək.

Rəsmi səfər çərçivəsində Litva Prezidentinin Baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla görüşü nəzərdə tutulub.

Surb Eçmiadzinin Ana taxtında Gitanas Nausedanı bütün ermənilərin katolikosu II Garegin həzrətləri qəbul edəcək.

Litva Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti  həmçinin Mesrop Maştots adına  Matenadaranda da olacaq.

Daha çox göstər
Back to top button