BaşlıcaSiyasət

Ararat Mirzoyandan təffərrüatlar:  “Demarkasiya ilə bağlı ilk görüş niyə baş tutmadı?”

ER Xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Avropa Birliyi Tərəfdaşlıq Şurasının iclasından əvvəl jurnalistlərin suallarını cavablandırıb. Sual-cavab sessiyası ER XİN-I tərəfindən təqdim olunub.

Sual – Zəhmət olmasa suala aydınlıq gətirin. Yerevan Dağlıq Qarabağda yaşayan insanların hüquqlarını və təhlükəsizliyini müzakirə etməyi təklif edərək, Azərbaycanla sülhə dair fikirlərini təqdim edib. Azərbaycanın hazırlığından söz düşmüşkən, Bakı bu təklif əsasında danışıqlara başlamağa hazırdırmı?

Ararat Mirzoyan cavab: –  Dediyiniz kimi, biz sülh prosesi ilə bağlı öz baxışımızı elan etmişik. Və biz əvvəldən demişdik ki, Azərbaycanın təklif etdiyi məqamlarda Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin həmin məqamlar gözlənilən sülh sazişinin bütün mümkün gündəliyinə, mövcud problemlərin bütün spektrinə toxunmur.

Və bu baxımdan Dağlıq Qarabağda hüquq və təhlükəsizlik məsələlərini, eləcə də Dağlıq Qarabağın statusunu müzakirə etmək mühümdür.

Hesab edirik ki, sülh müqaviləsi ilə bağlı bu danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində, mandatı çərçivəsində davam etdirilə bilər.

Hələlik bu məqamlarla bağlı Azərbaycandan müsbət cavab eşitməmişik. Amma bilirsiniz ki, bu danışıqları mümkün etmək üçün səylər göstərilir. Odur ki, mən yalnız bizim hazır olduğumuzu – regionumuzda sülhə və sabitliyə sadiqliyimizi vurğulaya bilərəm. Ancaq bunun üçün hər iki tərəfin istəyi lazımdır.

Sual – Siz dediniz ki, Ermənistan və Azərbaycan  arasında demarkasiya  ilə bağlı ilk görüş mayın 16-da və 17-də planlaşdırılıb.   Lakin bu görüş baş tutmadı. Səbəbini soruşa bilərəmmi?

Cavab: – Düz deyirsiniz, görüş baş tutmadı, amma sizi əmin edə bilərəm ki, bu görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var. Və ümid edirəm ki, görüş nəhayət yaxın günlərdə və ya həftələrdə baş tutacaqdır.

Daha çox göstər
Back to top button