
Üçtərəfli bəyanatı imzaladıqdan sonra Azərbaycan bu bəyanatın birinci bəndini mütəmadi olaraq pozub, bunun nəticəsində insanlar həlak olub, insan hüquqları pozulub. Bu barədə Artsax Ombudsmanı Geğam Stepanyan bildirdi.
“2020-ci ilin noyabr ayından bəri Stepanakert, Askeran, Martuni və Maratakert rayonları yaxınlığında yerləşən Azərbaycan mövqelərindən ermənilərin dinc yaşayış məntəqələri atəşə tutulub, nəticədə vətəndaşların əmlakına maddi ziyan dəyib”,- Ombudsman vurğuladı.
Geğam Stepanyan qeyd etdi ki, Ermənistan və Artsax Ombudsmanları Azərbaycanın Ermənistana qarşı nifrət siyasəti və onun nəticələri barədə dünya ictimaiyyətinə məlumat vermək üçün sıx əməkdaşlığı davam etdirirlər.
“Bu kontekstdə Artsax Ombudsmanı müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil edilən müzakirələrdə iştirak edib və 200-ə yaxın məktub göndərib. Bundan başqa, Artsaxın işğal olunmuş ərazilərində Azərbaycan tərəfindən erməni abidələrinin dağıdılması, eləcə də əsirlərin və saxlanılan digər şəxslərin hüquqlarının pozulması ilə bağlı məruzələr göndərilib”,- deyə Ombudsman bildirdi.







