BaşlıcaSiyasət

Rusiyalı tərəfdaşların Ermənistanda fəaliyyət göstərən biolaboratoriyalarla bağlı bütün sualları həmişə əhatəli cavablar alıb: Armen Qriqoryan

Ermənistanla Rusiya arasında bioloji təhlükəsizlik haqqında memorandum var, rusiyalı tərəfdaşlar tərəfindən qaldırılan bütün suallara həmişə əhatəli cavablar verilib. Ermənistandakı belə laboratoriyalar yalnız Ermənistanın maraqlarına xidmət etmək məqsədi daşıyır, orada ancaq Ermənistan vətəndaşları işləyir.

Bunu Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistanda biotəhlükəsizliklə bağlı problemlərin olması, Rusiya tərəfinin sualları olması barədə yayılan məlumatlara toxunurkən bildirib.

Armen Qriqoryan bildirdi ki, ER Baş nazirinin fərmanı ilə Ermənistan daxilində biotəhlükəsizlik sahəsini əlaqələndirən işçi qrup fəaliyyət göstərir. Bu işçi qrupu Təhlükəsizlik Şurasının katibi tərəfindən koordinasiya olunur.

“İşçi qrup bütün beynəlxalq tərəfdaşlarımızla intensiv işləyir. Bir dəfə Rusiyadan olan mütəxəssislər Ermənistanda olub və erməni tərəfi həmin mütəxəssislərin qaldırdığı bütün suallara əhatəli cavab verib”, – Qriqoryan bildirib.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Ermənistandakı bütün laboratoriyalarda yalnız ER vətəndaşları işləyir.

Qriqoryan bildirib ki, bu yaxınlarda ER Təhlükəsizlik Şurası Katibliyinin rəhbəri Hayk Petrosyan Moskvada olub və orada bütün mövcud məsələləri idarələrarası komissiya ilə müzakirə edib.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistanla Rusiya arasında biotəhlükəsizliklə bağlı memorandum var. Əməkdaşlıq da həmin memorandumla tənzimlənir. Memorandum ötən il imzalanıb.

Daha çox göstər
Back to top button