Başlıcaİctimaiyyət

Moskva Azərbaycan icmasının rəhbərini deportasiya edib

Rusiya Federasiyasında Azərbaycan diasporunun keçmiş rəhbəri Qalib Ağayev Rusiya Federasiyasından deportasiya edilib.

Azərbaycan KİV-ləri mayın 19-da Rusiyadan deportasiya edildiyi bildiriblər.

Qalib Ağayevin deportasiyası barədə qərar ötən ilin sonunda Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi tərəfindən qəbul edilib.

Məhkəmə Ağayevi inzibati xəta törətməkdə təqsirli bilib və onu Rusiya ərazisindən məcburi çıxarmaqla 5000 rubl məbləğində cərimələyib. Bundan əlavə, məhkəmə Qalib Ağayevin Rusiya Daxili İşlər Nazirliyinin Yeqorski şəhər rayonunda yerləşən xarici vətəndaşlar üçün müvəqqəti saxlanma təcridxanasına salınması barədə qərar qəbul edib.

Daha çox göstər
Back to top button