
Baş nazir Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Dövlət katibi Ermənistan Respublikası hökumətinin regionda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş səylərini, həmçinin Ermənistanda demokratik islahatlar prosesini olduqca yüksək qiymətləndirib.
Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin həlli, regional kommunikasiyaların açılması, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Baş nazir Paşinyan mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşüb və görüşün ümumilikdə müsbət keçdiyini, müzakirələrin məzmunu ilə bağlı olmayan şərhlərin olduğunu vurğulayıb.
Dövlət katibi ABŞ-ın Ermənistanın demokratik islahatlarına, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasına, regional kommunikasiyaların açılmasına və regional sabitliyin yaradılmasına dəstəyini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Xüsusi nümayəndələr səviyyəsində Ermənistan-Türkiyə müzakirələrinə də istinad edilib. Həmsöhbətlər Ermənistan-ABŞ yüksək səviyyəli təmaslarını davam etdirmək barədə razılığa gəliblər.







