BaşlıcaSiyasət

“Boz qurdlar”ın rəhbəri:  “NATO-dan çıxmaq alternativ hesab edilməlidir, NATO olmazsa yox olmayacağıq”

Türkiyənin millətçi “Boz Qurdlar” təşkilatının siyasi qanadını təmsil edən Milliyyətçi hərəkat partiyasının üzvü Dilət Baxçalı Türkiyənin NATO-dan çıxmasını mümkün sayır.

“Şərtlər həll olunmazsa, hətta NATO-dan çıxmaq belə alternativ kimi nəzərdən keçirilməlidir. Biz NATO yaranmamışdan əvvəl var olmuşuq, NATO olmadan yox olmayacağıq.

NATO-da Türkiyənin narazılıqları ciddi qəbul edilmirsə, Türkiyənin NATO-dakı təmsilçiliyi də nəzərə alınmır. Baxçalı deyib: “Əgər ehtiyac varsa, başqa çıxış yolu yoxdursa, mən Türkiyəni, türkdilli və digər İslam ölkələrini birləşdirəcək yeni strukturun yaradılmasını mümkün hesab edirəm”.

Xatırladaq ki, İsveçin Finlandiyanın NATO-ya üzvlüyünə Türkiyə öz razılığını verməlidir. Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan, bununla belə, İsveç və Finlandiyanın “terror təşkilatlarının qonaq evi” kimi göründüyünü bildirib və bu ölkələrin alyansa üzvlüyünü ciddi qəbul etmədiklərini vurğulayıbdır.

Daha çox göstər
Back to top button