
Ermənistan və Azərbaycanın dövlətlərarası sərhədində iki ölkənin Baş nazir müavinlərinin görüşü baş tutub.
İki ölkə arasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində müvafiq tapşırıqlar əsasında 2022-ci il mayın 24-də Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın və Baş nazir müavininin birinci görüşü keçirilib.
Tərəflər demarkasiya və digər müvafiq məsələlər, o cümlədən sərhəd təhlükəsizliyi üzrə komissiyalar çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.
Komissiyaların birgə fəaliyyətinin təşkilati-prosessual məsələləri müzakirə olunub.
Tərəflər dövlətlərarası sərhəddə keçirilən görüşlərlə yanaşı, komissiyaların növbəti iclasları üçün müxtəlif platformalardan istifadənin məqsədəuyğunluğu barədə razılığa gəliblər.
O cümlədən, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə olunubdur.







