
Mayın 24-də Ermənistanın müdafiə naziri Suren Papikyanın sədrliyi ilə KTMT-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının videokonfrans vasitəsilə növbəti iclası keçirilib.
ER Müdafiə Nazirliyinin məlumatına görə, nazirlər kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizlik çağırışları və təhdidləri, habelə Qazaxıstanda KTMT sülhməramlı missiyasının nəticələrinə əsaslanan təkliflərin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
İclas iştirakçıları birgə təlimin planlaşdırılması, əsas tədris-metodiki-tədqiqat təşkilatları sisteminin inkişafı və təkmilləşdirilməsi, radiasiya, kimyəvi-bioloji təhlükəsizlik və bir sıra digər məsələləri barədə fikir mübadiləsi apardılar.
İclasın sonunda ER müdafiə naziri KTMT katibinə bütün qəbul edilmiş sənədlərin imzalanmasını fərdi qaydada təşkil etməyi təklif edib.
KTMT-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası 2022-ci ilə təyin edilib.







