Başlıcaİctimaiyyət
Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbçiləri operativ-taktiki uçuşları həyata keçiriblər

Cənub Hərbi Dairəsinin (RF) Ermənistandakı hərbi bazasının aviasiya hərbi hissəsinin hərbçiləri “MiQ-29” operativ-taktiki təyyarələri ilə təlim uçuşları həyata keçirib.
Cənub Hərbi Dairəsindən verilən məlumata görə, hərbçilər təkbaşına, cütlüklər və komandalar şəklində mürəkkəb və yüksək səviyyəli pilotajın uçuşlarını yerinə yetirdilər.
Ekipaj həmçinin gecə-gündüz şəraitində müxtəlif hündürlüklərdə, dağlarda uçuş apardı.
Təlim uçuşlarında Cənub Hərbi Dairəsinin 150-dən çox hərbi qulluqçusu iştirak edib, 15-ə yaxın texnika cəlb olunub.







