
Ermənistan-Azərbaycan danışıqlar masasında və ya ehtimal edilən danışıqlarda bir neçə istiqamət var ki, onlarla artıq müəyyən irəliləyiş qeydə alınıb, elə istiqamətlər var ki, orada mövqelər üst-üstə düşə bilər. Bunu Parlamentdə hökumət üzvləri ilə sual-cavab zamanı xarici işlər naziri Ararat Mirzoyan “Mülki müqavilə” fraksiyasının deputatı Lilit Kirakosyanın sualına cavab olaraq bildirib.
Məsələn, demarkasiya, delimitasiya və təhlükəsizlik məsələlərində artıq müəyyən irəliləyiş var. Bilirsiniz ki, dünən baş nazirin müavinləri və onların rəhbərlik etdiyi komissiyalar Ermənistan-Azərbaycan sərhədində bir-biri ilə görüşdülər, ilk iclasda iş metodoloji məsələləri müzakirə edildi. Növbəti görüşün Moskvada təşkili ilə bağlı razılıq var. Təbii ki, müəyyən fikirlər var.
Digər istiqamət isə nəqliyyat və iqtisadi infrastrukturun açılmasıdır, burada müəyyən fikirlər üst-üstə düşür.
Mən bu barədə dəfələrlə danışmışam, bir daha təsdiq edə bilərəm ki, yenidən açılacaq bütün yollar ölkələrin suverenliyi və keçdiyi ölkələrin qanunvericiliyə uyuğun olmalıdır.
Xarici işlər naziri bir daha təsdiq etdi ki, “Zəngəzur dəhlizi” Ermənistan üçün qəbuledilməzdir, sanki bunun baş verməyəcəyi ilə bağlı ümumi təsəvvür var.
Ermənistan-Azərbaycan sülh sazişinə gəlincə, Mirzoyan qeyd edib ki, hazırda danışıqlar gedir.







