
2022-ci ilin yanvar-aprel aylarında Ermənistanın iqtisadi aktivlik indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% artıb.
Bunu ER Statistika Komitəsinin dərc etdiyi məlumatlar sübut edir.
Cari ilin yanvar-aprel aylarında sənaye istehsalının həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2,6 faiz artıb. 2022-ci ilin ilk 4 ayında tikintinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb. Yanvar-aprel aylarında ticarət dövriyyəsi 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 7,8% artıb.
Ermənistanda bu ilin ilk 4 ayında göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5% artıb.
Cari ilin 4 ayında elektrik enerjisi istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artıb. Bu ilin yanvar-aprel aylarında xarici ticarətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz artıb.
Yanvar-aprel aylarında dramın ABŞ dollarına nisbətdə məzənnəsi 482,55 dram təşkil edib.
Ermənistan Respublikasının İqtisadiyyat naziri Vahan Kerobyan qeyd edib ki, mart ayının yekunu üzrə qeydə alınan 6,7% iqtisadi aktivlik indeksindən sonra apreldə bu göstərici 8,8% təşkil edib. Beləliklə, iqtisadi artım sürətlənib.







