BaşlıcaSiyasət

Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib

Mayın 26-da Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Bu haqda Ermənistan Xarici işlər nazirliyindən məlumatlandırılıb.

Görüş zamanı şəxsi nümayəndənin mandatından irəli gələn bir sıra məsələlərə toxunulub. Ararat Mirzoyan Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli ilə bağlı mövqeyini bir daha təsdiqləyib və bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik rolunu vurğulayıb.

Ermənistan və Azərbaycan arasında Demarkasiya və Sərhəd Təhlükəsizliyi Komissiyasının işi, iqtisadi əlaqələr və regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələlər də müzakirə olunub.

Daha çox göstər
Back to top button