Başlıcaİctimaiyyət

Ermənistanın kosmik peykinin çəkdiyi fotolardan sərhəd nəzarəti üçün də istifadə olunacaq

2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiyası yaradılacaq. Bu barədə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ER hökumətinin iclasında məlumat verib və onun ətrafında mütəxəssislərdən ibarət elmi-istehsalat qrupunun formalaşacağını vurğulayıb.

“İdarəetmə mərkəzinin əsas funksiyalarından biri peyki idarə etmək və kosmik fotoşəkilləri qəbul etməkdir. Qəbuledici stansiyanın digər peyk operatorlarına peyk məlumatlarının qəbulu və ötürülməsi xidmətlərini göstərməsi planlaşdırılır.

Ermənistanda peyk çəkilişləri sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması, ətraf mühitin idarə edilməsi, o cümlədən iqlim dəyişikliyinin monitorinqi, şəhərsalma, yol tikintisi, geologiya və s. sahələrdə istifadə olunacaq”,-Baş nazir bildirdi.

Ermənistan Respublikasının Baş naziri məlumat verdi ki, “Kosmik Fəaliyyət haqqında” ER Qanunu Təhlükəsizlik Şurasının Ofisi və Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirliyi tərəfindən hazırlanmışdır və 2020-ci il martın 6-da parlament tərəfindən qəbul edilmişdir.

“2022-ci il mayın 25-də Yerevan vaxtı ilə saat 22:35-də ABŞ-ın Kanaveral burnundan “Space-X” kosmik gəmisi ilə ilk kosmik peykimiz buraxılıb”, – Paşinyan deyib. Raketin buraxılışında yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts iştirak edib.

Daha çox göstər
Back to top button