
İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri Ermənistan və Azərbaycan arasında regional kommunikasiyaların açılmasına dair danışıqlara toxunaraq, bu prosesdə beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini vurğulayıb.
Səfir jurnalistlərlə söhbətində Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun yaxşı nəticələr əldə etdiyini vurğulayıb.
“Bütün tərəflərin beynəlxalq səviyyədə tanınmış qanunlara hörmət etməsi, danışıqların konstruktiv olması çox vacibdir. Region müxtəlif istiqamətlərdə inkişaf etməyə hazırdır, bu bir neçə ölkənin səmərəli danışıqları altında ola bilər” – deyərək səfir əlavə edib ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərə riayət etməklə bu yollar açıla və birləşdirilə bilər.







