
Ermənistan ərazisində hər hansı dəhlizin olması istisna edilir. Bu, hətta mübahisə ediləsi deyil. Bu haqda Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə Azərbaycanın Naxicevanı birləşdirən dəhlizdən Meğridən keçməsi barədə razılığın əldə olunması barədə bəyanatına istinad edərək bildirib.
“Müzakirələrimiz sırf yolların, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokların açılması ilə bağlıdır.
Marşrutlara gəlincə, biz dedik ki, marşrutları dəqiqləşdirməzdən əvvəl ilk növbədə Azərbaycan vətəndaşlarının ərazimizdən keçməsi və keçidinin hüquqi tənzimləmələrini razılaşdırmalıyıq.
Ermənistan vətəndaşlarının və yüklərinin Azərbaycandan (o cümlədən Naxicevandan) keçəcəyi məlumdur. Lakin dəmir yolunun bir qolunun Meğri, Ordubad, Culfa, Yeraşxdan keçəcəyi də aydındır. Hal-hazırda avtomobil yollarının marşrutu ilə bağlı razılıq yoxdur”- deyərək deyə ER Xarici işlər naziri Ararat Mirzoyan yekunlaşdırıb.







