
Mən Rusiya tərəfinə təklif etmişəm ki, erməni avtomobilləri üçün güzəştli şərait yaradılsın. Bunu mayın 27-də NEWS.am-ın müxbiri ilə söhbətində Ermənistan gömrük attaşesi Aram Tananyan deyib.
“Təklifin mahiyyəti ondan ibarətdir ki, erməni avtomobillərinin gömrük rəsmiləşdirilməsi Yuxarı Lars keçid məntəqəsində deyil, Şimali Osetiyanın Yuxarı Lars keçid məntəqəsindən 6 kilometr aralıda yerləşən Çmi qəsəbəsində aparılsın. Vladiqafqaz gömrük məntəqəsi burada yerləşir.
Təklif rusiyalı tərəfdaşlarla birgə hazırlanıb və hazırda müzakirə olunur. Kənd təsərrüfatı məhsullarının ixracı mövsümündə buradan orta hesabla 100-ə yaxın erməni avtomobili keçir. Bu ciddi rəqəmdir. Xahiş etdim ki, bu məsələnin həllini tezləşdirək, əks halda 10 gündən sonra kolaps olacaq, maşın axını kəskin şəkildə artacaq.
Bu, sadəcə olaraq, prosedur, təşkilati tədbirdir, onun həyata keçirilməsi çox vaxt tələb etmir”,-deyə o qeyd etdi.
Tananyan bildirib ki, Rusiya tərəfində cəmi 600-700 maşın yığılıb, gündə 500 maşın keçir.
“Avtomobillərin sayı kəskin şəkildə artır ki, bu da yük maşınlarının hərəkətinə mane olur”, – gömrük attaşesi əlavə edib.







