BaşlıcaSiyasət

A.Mirzoyanın Hindistanın “VİON” nəşrinə müsahibəsi: “Bakı hələ də ksenofob ritorikasını davam etdirir, atəşkəsi pozur”

Cənubi Qafqaz regionunda vəziyyət qeyri-sabit və gərgin olaraq qalır. 2020-ci ildə Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı müharibənin sonrakı sarsıntıları Ermənistanın bütün regionuna hələ də təsir edir.

ER Xarici işlər naziri Ararat Mirzoyan bu haqda Hindistanın aparıcı “VION” mediasına müsahibəsində bildirib.

Mirzoyanın sözlərinə görə, Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-da imzalanan atəşkəsdən sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı ilə genişmiqyaslı hərbi əməliyyatlar dayandırılıb, lakin bir çox məsələlər hələ də həllini tapmayıb.

“Üçlü Bəyannamənin – beynəlxalq humanitar hüququn müddəalarını aşkar şəkildə pozaraq, beynəlxalq ictimaiyyətin açıq çağırışlarına məhəl qoymayan Azərbaycan erməni hərbi əsirləri və ya digər məhbusları azad etməkdən imtina edir.

Digər problem isə Ermənilərin mədəniyyət irsinin  dağıdılması, təhqir olunması və təhrif edilməsinin real təhlükəsidir.

Müharibədən sonra Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni və dini irsi: “Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərə YUNESKO-nun qiymətləndirmə missiyasının göndərilməsinə maneçilik törədir ki, bu da erməni irsinin tam məhv olmaqdan qorunmasına kömək edəcəkdir” – deyərək  Ararat Mirzoyan bildirib.

ER XİN rəhbəri vurğulayıb ki, rəsmi Bakıdan ermənilərə qarşı ksenofobik ritorika hələ də davam edir. Dağlıq Qarabağ ermənilərinə qarşı səsucaldanlardan evlərini tərk etməyə çağırışlar, ağır hava şəraitində onları tərk etməyə məcbur edəcəkləri və ya qazın verilişini kəsməklə hədələmələri kimi psixoloji terror hələ də davam etdirilir.

Dağlıq Qarabağ ətrafında hələ də atəşkəs rejiminin pozulması hallarının davam etdiyini deyən Mirzoyan Ermənistanın regionda sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirdiyini qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin yekun həlli, o cümlədən Dağlıq Qarabağ əhalisinin bütün hüquqlarının müdafiəsi və onların yekun statusudur.

Daha çox göstər
Back to top button