BaşlıcaSiyasət

Mirzoyan: “Bütün risklərə və kövrəkliyə baxmayaraq, regionda dinc inkişaf erasını açmaq imkanı var”

Ermənistanla Türkiyə arasındakı sərhəd 1990-cı illərin əvvəllərində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanıb, iki ölkənin diplomatik əlaqələri yoxdur.

Bu haqda ER Xarici işlər naziri Ararat Mirzoyan bu barədə Hindistanın aparıcı “VION” mediasına müsahibəsində bildirib.

“Yəqin ki, bilirsiniz ki, indi nizamlanma prosesi üçün xüsusi nümayəndələr təyin olunub, artıq üç görüş keçirilib, orada sərhədlərin açılması üçün tərəflər heç bir ilkin şərt olmadan irəliləməyə qərar veriblər.

Bu prosesə müsbət təkan vermək üçün , mən son vaxtlarda Türkiyənin Xarici işlər nazirinin dəvətini qəbul etdim, Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə getdim, forum çərçivəsində həmkarımla görüşdüm.

Hesab edirik ki, nizamlanmaya nail olmaq üçün siyasi iradə və konkret addımlar atmağa hazır olmaq lazımdır. Erməni tərəfi hər ikisini dəfələrlə göstərib, Türkiyə tərəfdən də eyni şeyi gözləyirik.

Bütün risklərə və kövrəkliyə baxmayaraq, regionumuzda dinc inkişaf erası açmaq imkanı var. Ermənistan həmin imkanın reallaşmasına töhfə vermək üçün səylərini davam etdirəcək” – deyərək  o, qeyd edib.

Daha çox göstər
Back to top button