
Əgər hər şey artıq həll olunubsa, biz də fantaziyalara qapılmışıqsa, o zaman Ermənistanın imzası Azərbaycan və AB üçün niyə vacibdir?.
Bu barədə politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.
“Əliyev deyir ki, Artsax məsələsi artıq həll olunub və beynəlxalq ictimaiyyət bu həlli qəbul edib və Ermənistan status məsələsini gündəmə gətirməklə öz fantaziyalarına əl atıb və deyir ki, vəziyyət kağız üzərində sabitlənməlidir, Ermənistan buna imza atmalıdır.
Sual yaranır ki, artıq hər şey həll olunubsa, biz isə fantaziyaların qucağına düşmüşüksə, o zaman Ermənistanın imzası Azərbaycan və AB üçün nəyə görə vacibdir?
Bu sualın cavabı vacibdir, vəziyyəti başa düşməyin açarı budur.







