ArtsaxBaşlıca

AR Xİ naziri: “Artsaxın mövcudluğu regional tarazlığın qorunmasında əsas amildir”

Artsax, onun mövcudluğu regional, hətta dünya geosiyasi tarazlığının qorunmasında ən mühüm amildir.

Artsaxın Xarici işlər naziri Davit Babayan bu haqda öz Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, Artsax olmadan Qafqazda, sonra isə ətraf regionlarda geosiyasi mənzərə köklü şəkildə dəyişəcək, bundan sonra ənənəvi vasitələrlə (geostrateji balanslar sistemi və s.) geosiyasi tarazlığın qorunması praktiki olaraq mümkün olmayacaq.

“Bu, güc mərkəzləri arasında açıq, sərt, birbaşa qarşıdurmaya gətirib çıxaracaq. Bəs ənənəvi vasitələrlə geosiyasi tarazlığı qorumaq mümkün olmayanda, böyük dünya və regional güclər açıq şəkildə bir-birinə qarşı çıxanda nə baş verə bilər?

Məncə, Cavab çox sadədir: “Dünya hətta nüvə müharibəsi astanasında da ola bilər” – deyərək  o, açıqlamasında bildirib.

Daha çox göstər
Back to top button