Başlıcaİctimaiyyət

Ermənistanda 16 yaşdan yuxarı əhalinin 27,9%-i siqaret çəkir

31 May Ümumdünya Siqretsiz Günü qeyd olunur. Siqaret xalq sağlamlığı üçün ciddi təhlükədir. Hər il 8 milyondan çox insan tütün istifadəsi səbəbindən ölür.

Ermənsiatn Respublikasının Səhiyyə Nazirliyi bildirir ki, Ermənistanda aparılan sorğunun nəticələrinə görə, 16 yaşdan yuxarı əhalinin 27,9 faizi siqaret çəkir. Siqaret çəkənlərin əksəriyyəti kişilərdir.

Ermənistanda hər il 5500-dən çox insan siqaretlə bağlı xəstəliklərdən ölür. Bütün növ siqaret məmulatları və onların əvəzediciləri sağlamlığa zərərlidir, onların zərərsiz dozası yoxdur.

Daha çox göstər
Back to top button