Vladimir Putin və Mixail Mişustin Nikol Paşinyanı təbrik ediblər

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrik məktubunda deyilir:
“Hörmətli Nikol Vovayeviç,
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, aramızda qurulmuş konstruktiv dialoqa uyğun olaraq, biz bundan sonra da qardaş xalqlarımızın rifahı naminə Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində sıx əməkdaşlıq edəcəyik.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram”.
Rusiya Baş naziri Mixail Mişustin də Ermənistanın baş naziri Nikol Paşinyana ad günü münasibətilə təbrik məktubu göndərib.
“Dostluq, tərəfdaşlıq və müttəfiqliyə əsaslanan səmərəli Rusiya-Ermənistan əməkdaşlığının inkişafına mühüm töhfənizi vurğulamaq istərdim. Hökumətlər ticari-iqtisadi və investisiya əməkdaşlığının, enerji, sənaye, nəqliyyat infrastrukturu, elm, mədəniyyət və s. sahələrdə böyük birgə layihələrin genişləndirilməsi üzərində fəal işləyirlər.
Əminəm ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşməsi üçün əlverişli şəraitin yaradılması Rusiya Federasiyasının və Ermənistan Respublikasının maraqlarına tam uyğundur.
Hörmətli Nikol Vovayeviç, səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, məsul dövlət fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram”,- məktubdə deyilir.







