
İyunun 1-də Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan ilə Səudiyyə Ərəbistanı Krallığının Xarici işlər üzrə dövlət naziri Adel Bin Əhməd Əl-Cubeyr arasında telefon danışığı olub.
Tərəflər Ermənistan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli gündəliyinin inkişaf perspektivlərini və əlaqələrin inkişafını müzakirə ediblər.
Telefon danışığı zamanı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin aktivləşdirilməsi və investisiya proqramlarının həyata keçirilməsinin mühümlüyü qeyd edilibdir.
Nazir Mirzoyan həmsöhbətinə bildirib ki, Ermənistan “World Expo 2030” Səudiyyə Ərəbistanın iddiasını Riadda keçirmək üçün dəstəkləyir.







