
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan “Azərbaycan bölmələrinin ER Sünik rayonunun Nerkin Hand kəndi qarşısındakı dağlıq ərazidə yenidən peyda olması” xəbəri reallığa uyğun gəlmir.
Bu haqda ER Müdafiə nazirliyi məlumatlandırıb.
“Bildirdiyimiz kimi ER Müdafiə nazirliyinin 21 mart 2020-ci il martın 21-də yaydığı dəqiqləşdirmədə Azərbaycan bölmələrinin sərhədin qeyd olunan hissəsində yerləşməsi 2020-ci ildən qeydə alınıb.
Yerləşdirmədən dərhal sonra ER Silahlı qüvvələri Azərbaycan mövqelərini nəzarətə götürmək üçün lazımi addımlar atıb, nəticədə Azərbaycan hərbçilərinin ərazidəki hərəkəti tam nəzarət altındadır və istənilən irəliləyiş cəhdi cavab tədbirləri ilə nəticələnəcək”- deyərək bəyanatdaqeyd olunur.
Müdafiə nazirliyi bir daha ordunun nüfuzuna xələl gətirən, ictimaiyyət arasında əsassız gərginliyə səbəb olan həqiqətə uyğun olmayan məlumatların yayılmasından çəkinməyə çağırır.







