ABŞ Dövlət Departamenti dünyada dini azadlıq haqqında hesabatı açıqlayıb

ABŞ Dövlət Departamenti dünyada dini dözümlülüyün vəziyyəti haqqında hesabat dərc edib.
Hesabatın Azərbaycana həsr olunmuş bölmədə qeyd olunur ki, ötən ilin iyununda İlham Əliyev dini etiqad azadlığı haqqında qanuna 14 düzəliş imzalayıb. Digər məsələlərlə yanaşı, yeni düzəlişlər uşaqların dini ibadətə məcbur edilməsini qadağan edir, dini ekstremizmin təbliğini qadağan edir, dövlət qulluqçularının dini fəaliyyətlə məşğul olmasını qadağan edir, rəsmi dini mərkəzlərə dini titulları mənimsəməyə müstəsna hüquq verir və dövlət tərəfindən təsdiq olunmuş dini lider olmadıqda dini icmalardan fəaliyyətini dayandırmağı tələb edir.
“Hökumət düzəlişləri təhlükəsizliyin zəruriliyilə əsaslandırıb. Vətəndaş cəmiyyəti təşkilatları bildiriblər ki, dəyişikliklər din məsələlərini tənzimləyən dövlət orqanına, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə,dini qruplar üzərində daha çox nəzarət verib”.
ABŞ səfiri və səfirliyin digər əməkdaşları Azərbaycanın hökumət məmurlarına müraciət edərək vətəndaş cəmiyyəti qruplarının iddialarına əsasən dini əqidəsinə görə həbs edilmiş şəxslərin azad olunmasını xahiş ediblər.







