
Ermənistan-Azərbaycan sərhədində istənilən gərginlik bütün proseslərə mənfi təsir göstərir. Bu hhaqda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə keçirdiyi brifinqdə d qeyd edib
.
Məhz buna görə də demarkasiya və delimitasiya proseslərinə başlamazdan əvvəl biz qoşunların güzgü variantında çıxarılmasını təklif etdik ki, sərhəddə sabitlik olsun” – deyərək Qriqoryan əlavə edib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, sərhəd təhlükəsizliyi gündəmdə qalmaqda davam edir.
“Biz müzakirə edəcəyik, ümid edirəm ki, sərhəddə gərginliyin olmaması üçün həll yolları tapacağıq” – deyərək Qriqoryan yekunlaşdırıb.
Mayın 28-də Azərbaycan tərəfinin açdığı atəş nəticəsində ER Silahlı qüvvələrinin hərbçisi Davit Vardanyan yaralanıb. Mayın 29-da ER Müdafiə nazirliyi hərbiçinin həyatını xilas etmək mümkün olmadığını açıqlayıb.







