
BMT Ermənistanın 2021-ci il üzrə illik nəticələrinə dair hesabatını dərc edib.
Sənəddə bildirilir ki, Ermənistan ötən il görünməmiş ikiqat böhranın, COVID-19 epidemiyasının – Dağlıq Qarabağ münaqişəsinin təsirindən əziyyət çəkib.
Bu üst-üstə düşən böhranlar bütün əhaliyə bir sıra mühüm zərbələr vurdu: əhəmiyyətli insan itkiləri, böyük iqtisadi və sosial xərclər, hansılar ki,xüsusilə həssas icmalara təsir edir.
Hesabatda vurğulanır ki, humanitar cavab tədbirləri – köçkünlərin böhranı, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi – demarkasiya, erməni hərbi əsirlərin geri qaytarılması ölkənin əsas önəmliklərinə çevrilib.
Qeyd olunur ki, 2021-ci ilin iyununda keçirilən növbədənkənar parlament seçkilərində hakim “KP” partiyasının qələbəsi hökumətə yeni legitimlik verib.
BMT-nin hesabatına görə, uzanan geosiyasi gərginliyə və humanitar problemlərə baxmayaraq, 2021-ci ildə Ermənistan bərpa olunmağa başlayıb.
Epidemiya dövründə xeyli zərər çəkən iqtisadiyyat ötən ilin ikinci yarısında bərpa əlamətləri göstərməyə başlayıb.
BMT-nin hesabatı 2021-ci ildə BMT-Ermənistan əməkdaşlığının nəticələrini təqdim edir.







