ArtsaxBaşlıca

AR prokurorluğu: “Noyabrın 9-dan bəri Artsaxda Azərbaycan silahlı qüvvələri tərəfindən 16 nəfər öldürülüb”

Artsax prokurorluğu 2020-ci il noyabrın 9-da olan üçtərəfli  bəyanatdan  2022-ci il iyunun 1-nə kimi Azərbaycanın silahlı qüvvələri  tərəfindən  artsaxlılara qarşı  törədilən cinaytəkar hadisələrlə bağlı hesabat  təqdim edib.

2020-ci il  noyabrın 9-da  olan üçtərəfli elandan 2022-ci il iyunun 1-ə kimi  Azərbaycan silahlı qüvvələri tərəfindən Artsax xalqına qarşı ümumilikdə 89 cinayət törədilib, bununla bağlı 72 cinayət işi başlanıb.

16 nəfər öldürülüb (3-ü mülki şəxs), 101-i öldürülməyə cəhd edilib (44-ü mülki şəxs), 43-ü isə fiziki təzyiqə məruz qalıb.

2020-ci il noyabr ayından bu günədək Stepanakert, Əsgəran, Martuni və Şuşi rayonlarının kəndləri yaxınlığında yerləşən mövqelərdən dinc əhalini qorxutmaq və onları atəşə tutmaq məqsədilə yaxınlıqdakı erməni yaşayış məntəqələrini və ya havadan müxtəlif çaplı odlu silahlardan atəşə tutulur və onları daima vahimədə saxlamağa can atırlar.

Daha çox göstər
Back to top button