
Ermənistan Respublikasının BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüququn kobud şəkildə pozulmasına görə məsuliyyətə dair görüşündə çıxış edib.
Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan çıxışında soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətlərinin qarşısının alınması kontekstində törədilmiş cinayətlərin cəzasız qalması məsələsinə toxunub.
O qeyd etdi ki, Ermənistan Azərbaycanda ermənilərə qarşı nifrətlə dolğun ritorikası ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar edib və bu, beynəlxalq təşkilatlar tərəfindən də sənədləşdirilib.
2020-ci ildə Dağlıq Qarabağa qarşı Azərbaycanın başlatdığı müharibə və bunun humanitar nəticələrinə toxunan səfir qeyd etdi li, Azərbaycan beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozaraq, erməni hərbi əsirləri və mülki şəxsləri girov saxlamağa davam edir.
Səfir erməni mədəni və dini irsinin qorunub saxlanması və ermənilərə qarşı nifrət nitqinin aradan qaldırılması ilə bağlı Azərbaycanın öhdəliklərinə də toxunub.
Ermənistan Respublikasının daimi nümayəndəsi qeyd edib ki, BMT-nin əsas orqanı kimi Beynəlxalq Ədalət Məhkəməsi ədalətin və məsuliyyəti təmin etmək və beynəlxalq hüquqa inamı gücləndirilməsində mərkəzi rol oynayır.







